Fatma Yıldırım: Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhərsalma siyasətini uğurla həyata keçirir
Azərbaycan bütün dünyaya göstərir ki, dağıntıların yerində ən yüksək beynəlxalq standartlara cavab verən müasir məkanları necə yaratmaq mümkündür.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fatma Yıldırım Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində MDB Parlamentlərarası Assambleyasında bildirib.
Onun sözlərinə görə, uzun illər davam edən dağıntılardan sonra dağ yaşayış məntəqələrinin dirçəlişi təkcə iqtisadi deyil, həm də mühüm humanitar əhəmiyyət kəsb edir: "Azərbaycan bu gün müasir, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı şəhərlərin yaradılmasına yönəlmiş irimiqyaslı dövlət siyasəti həyata keçirir. Bu strategiyada azad edilmiş ərazilərin bərpası xüsusi yer tutur".
O həmçinin vurğulayıb ki, dağlıq regionların inkişafı sahəsində zəngin təcrübəyə malik olan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun yaxşılaşdırılmasına, yeni iş yerlərinin yaradılmasına, ekoloji turizmin inkişafına, təbii və mədəni irsin qorunmasına yönəlmiş müxtəlif proqramlar həyata keçirir.
Oxşar xəbərlər
Fatma Yıldırım: WUF13 təşəbbüsləri dayanıqlı gələcəyə töhfə verəcək
Bahar Muradova: "WUF13 Azərbaycan üçün yeni mərhələdir"
Ramil Cahangirov: Azad edilən ərazilərdə bərpa işləri müasir şəhərsalma prinsipləri əsasında aparılır
Emin Hüseynov: Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında enerji səmərəliliyinə diqqət yetirir
Xüsusi nümayəndə: "Qarabağda müasir şəhərsalma və transformasiya layihələri həyata keçirilir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
