Malayziya rəsmisi: "2030-cu ilə qədər əhalimizin 80 %-i şəhərlərdə yaşayacaq"
2030-cu ilə qədər Malayziya əhalisinin təxminən 80 %-i, yəni 30 milyona yaxın insan şəhər yerlərində yaşayacaq.
"Report" xəbər verir ki, bunu Malayziyanın Yaşayış Sahələri və Yerli Özünüidarəetmə Nazirliyinin nəzdində fəaliyyət göstərən "URBANICE Malaysia" mərkəzinin baş əməliyyat direktoru Rizal Osman bildirib.
Onun sözlərinə görə, bu, həm imkanlar, həm də çətinliklər yaradan sürətli urbanizasiyanı əks etdirəcək: "Bu çətinliyin öhdəsindən gəlmək üçün Malayziya, dayanıqlı şəhər böyüməsinin əsas strategiyası kimi TOD-u (İctimai Nəqliyyat Yönümlü İnkişaf) prioritet hesab edir. Məqsəd ictimai nəqliyyat istifadəçilərinin payını azı 30-40 %-ə çatdırmaqdır. TOD yüksək sıxlıqlı qarışıq istifadəli tikinti layihələri, güclü ictimai nəqliyyat əlaqələri, piyada gəzintisinə uyğun məhəllələr və imkanlara daha yaxşı çıxış təmin etməklə kompakt, səmərəli və inklüziv şəhərləri təşviq edir".
Qonaq qeyd edib ki, Malayziya dayanıqlı urbanizasiya gündəliyinin bir hissəsi kimi, xüsusilə Böyük Kuala-Lumpurda və digər böyük şəhərlərdə TOD modelini və şəhər yaşıl transformasiyasını getdikcə daha çox mənimsəyir: "Beləliklə, biz yüksək sıxlıqlı, qarışıq istifadəli tikinti sahələrini ictimai nəqliyyat sistemi ilə inteqrasiya edirik. Eyni zamanda, şəhərlərlə bağlı "yaşıl transformasiya" təşəbbüsləri az karbonlu, ekoloji cəhətdən dözümlü, piyada gəzintisinə uyğun şəhərlər yaratmağı hədəfləyir".
Oxşar xəbərlər
Malayziya WUF13-də öz AP-UAP Platformasını təqdim edəcək
UN-HABİTAT: İctimai nəqliyyat piyadalar üçün rahat və əlçatan olmalıdır
Minq və Rossbax Bakıda Malayziya və "UN-Habitat"ın əməkdaşlığını müzakirə ediblər
Bakıda Malayziya Universitetlərinin təhsil imkanlarını əks etdirən sərgi olub
Malayziya 10 ildə 1 milyon əlverişli və inklüziv mənzil tikməyi planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
