Sabir Rüstəmxanlının əsəri tamaşaya qoyulur - Video
Sumqayıt Milli Dram Teatrında Sabir Rüstəmxanlının “Akademikin son əsəri” əsasında qələmə aldığı “Sürgün əvəzinə Sevgi” pyesi üzrə səhnəyə çıxarılacaq yeni tamaşanın hazırlanmasına başlanılıb. Bununla bağlı keçirilən tədbirdə xalq şairi Sabir Rüstəmxanlı, ədəbi və teatr ictimaiyyətinin nümayəndələri, eləcə də yaradıcı heyət üzvləri iştirak ediblər.
Kult.az xəbər verir ki, təqdimat zamanı layihənin ideyası, səhnə həlli və tamaşanın qarşıya qoyduğu məqsədlər barədə məlumat verilib, əsərin aktuallığı və cəmiyyət üçün əhəmiyyəti vurğulanıb. Müəllif Sabir Rüstəmxanlı çıxışında romanın ideya xəttindən və onun teatr səhnəsində təqdim olunmasının önəmindən danışıb. O qeyd edib ki, bu cür layihələr ədəbiyyatın daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.
Tədbir çərçivəsində tamaşanın hazırlanma prosesi və qarşıdakı planlar barədə də danışılıb. Sonda yaradıcı heyətin iştirakı ilə ilkin məşğələ prosesi keçirilib, bəzi səhnələr üzərində yoxlamalar aparılıb.
Xalq artisti Valeh Kərimov və əməkdar artist Rauf Ağakişiyev Bakupost TV-yə danışaraq tamaşa ilə bağlı öz fikirlərini səsləndiriblər.
Məlumat üçün bildirək ki, tamaşanın premyerasının may ayının sonlarında keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü
Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
Sankt-Peterburqda "İblis və..." tamaşasının premyerası keçirilib
"İblis və..." tamaşasının premyerası Sankt-Peterburqda olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
