"Azərkosmos" qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başlayıb
- 13-09-2024, 17:00
- İKT
- 0
- 1 024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başlayıb.
"Sizinxeber.az" bu barədə "Azərkosmos"a istinadən xəbər verir.
Məlumata görə, sentyabrın 13-dən Niderlandın paytaxtı Amsterdamda keçirilən və sentyabrın 16-da başa çatacaq “IBC 2024” beynəlxalq sərgi-konfransında sözügedən əməkdaşlığa dair müqavilə imzalanıb.
Bu əməkdaşlıq sayəsində "Azərkosmos" “ABS”ə məxsus peyk vasitəsilə Nigeriya ərazisində öz müştərilərinə “Pay TV” (ödənişli televiziya yayımı) xidmətini təqdim edəcək. Qeyd edək ki, “Pay TV” xidməti yalnız peyk və ya kabel televiziyası şirkətinə abunə olaraq aktiv edilən xidmətdir.
Eyni zamanda qlobal peyk operatoru ilə tərəfdaşlıq "Azərkosmos" üçün yeni biznes xətlərini genişləndirmək imkanı yaradır. Belə ki, "Azərkosmos" təkcə öz peyk resurslarının satışı ilə deyil, qlobal partnyorlara məxsus peyk xidmətlərinin kommersiyalaşdırılması ilə də gəlir əldə edir və Afrika bazarında video xidmətlərinin həcmini artırır.
“Bir neçə istiqamətdə yeni kommersiya imkanları yaradan bu əməkdaşlığımız "Azərkosmos"un xidmətlərini Afrika regionunda daha da artıracaq. “ABS” ilə birgə görüləcək işlərin təməlində keyfiyyət, müştəri məmnuniyyəti və xidmət davamlılığımız dayanır”, – deyə "Azərkosmos"un İdarə heyətinin sədr müavini Fuad Aslanov bildirib.
“ABS”in baş kommersiya direktoru Ramsi Hanfur (Ramsey Khanfour) əlavə edib: “Bu tərəfdaşlıq Qərbi Afrika bazarında həm əhatə dairəmizi, həm də xidmət təkliflərimizi genişləndirmək fürsəti verir. Biz regionda etibarlı və yüksək keyfiyyətli ödənişli televiziya yayımı xidmətləri sayəsində təcrübəmizi birləşdirəcəyik”.


width="220" alt=""Azərkosmos" peyk xidmətlərini Botsvanada təqdim edəcək" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />