“Azərkosmos” Macarıstanda təlim keçirib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) “Təlim və Konsultasiya” proqramı çərçivəsində Macarıstanda təlim keçirib.
"Report" bu barədə “Azərkosmos”a istinadən xəbər verir.
Məlumata görə, “Peyk İdarəetmə və Yerüstü Sistemlər” (Satellite Control & Ground Systems) adlı təlim 3-6 martda Budapeştdə baş tutub, "4iG Space & Defence Technologies" şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil olunub, onun tabeliyində olan "Hungaro DigiTel" və "Remred" şirkətlərinin mühəndis və rəhbər şəxslərini bir araya gətirərək onlara dəyərli bilik və təcrübə qazandırıb.
"Azərkosmos" bu təlimin keçirilməsi ilə təlim və konsultasiya sahəsində beynəlxalq əməkdaşlığı daha da gücləndirir və kosmos sahəsindəki təcrübələrini xarici tərəfdaşlarla bölüşməyə davam edir. "Təlim və Konsultasiya" proqramına Yerin Müşahidəsi və CİS Həlləri, Radiotezliklərin İdarəedilməsi, Strategiya Konsultasiyası və Peyk rabitələri kimi kurslar da daxildir", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
"Azərkosmos" Mozambikə kosmik bilik ixrac edib
"Azərkosmos" peyk xidmətlərini Botsvanada təqdim edəcək
"Azərkosmos" və İtaliyanın “Leaf Space” şirkəti əməkdaşlığı genişləndirir
"Azərkosmos" qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başlayıb
Hərbi attaşelər "Azərkosmos"da olubar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












