“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək olub
sizinxeber.az xəbər saytı

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək olub


Sərfəli qiymətləri və müştərilərə uyğun təklifləri ilə tanınan operator “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində “YAŞAT” Fondunun yeniyetmələr üçün təşkil etdiyi düşərgəsinə dəstək oldu.

Naxçıvan Muxtar Respublikası ərazisində baş tutan düşərgəyə Azərbaycan və Türkiyədən 15-17 yaş arası, 50-dək yeniyetmə şəhid övladları dəvət edilib. Layihənin məqsədi ölkələrimizin ərazi bütövlüyü uğrunda həyatından keçən şəhidlərimizin əmanəti sayılan övladlarına mənalı və öyrədici istirahət imkanı yaratmaq və onları ölkəmizin tarixi məkanları və füsunkar təbiəti ilə tanış etməkdir.

21-24 avqust tarixlərini əhatə edən layihə çərçivəsində Əlincə qalasının və Batabat gölünün ziyarəti, həmçinin Naxçıvan qalasına, Əcəmi seyrangahına, o cümlədən, Möminə Xatun türbəsinə ekskursiyası nəzərdə tutulur.

“Nar”ın KSM strategiyası və həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Oxşar xəbərlər

Şəhid övladları üçün “Təhsil” adlı yay düşərgəsi keçirilir
“Bakcell”in dəstəyi ilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub
DMA daha 600 şəxs üçün peşə kursları təşkil edib
Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 129 min şəxsə 354 min xidmət göstərilib
XI Qlobal Bakı Forumu başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər