Azərbaycanın mobil rabitə gəlirləri 5 %-dən çox artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın mobil rabitə gəlirləri 5 %-dən çox artıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 205,3 milyon manat gəlir əldə edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,4 % çoxdur.

Təkcə fevralda isə adıçəkilən xidmətlərdən 92 milyon manat gəlir əldə olunub ki, bu da 1 il əvvələ nisbətən 0,4 % çoxdur.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 291 milyon manat gəlir əldə edilib. Bu, 2024-cü illə müqayisədə 4,5 % çoxdur.

Oxşar xəbərlər

Azərbaycanda mobil rabitə gəlirləri apreldə 2 %-dən çox artıb
Azərbaycanda informasiya-rabitə xidmətlərinin ümumi dəyəri 6%-dən çox artıb
Azərbaycanın informasiya və rabitə sektoruna investisiya qoyuluşu 37 %-ə yaxın artıb
Azərbaycanın dövlət büdcəsinin profisiti 5 %-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər