Azərbaycanda mobil rabitə gəlirləri apreldə 2 %-dən çox artıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
may
2025
13:30
0
0
1 558
ff aaaaaaa

Azərbaycanda mobil rabitə gəlirləri apreldə 2 %-dən çox artıb

15 may, 2025
13:30
1 558

Azərbaycanda mobil rabitə gəlirləri apreldə 2 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 388,9 milyon manat gəlir əldə edilib.

“Sizinxeber.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,8 % çoxdur.

Təkcə apreldə isə adıçəkilən xidmətlərdən 102,5 milyon manat gəlir əldə edilib ki, bu da 1 il əvvələ nisbətən 2,1 % çoxdur.

2024-cü ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 235 milyon manat gəlir əldə edilib. Bu, 2023-cü illə müqayisədə 6,7 % çoxdur.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul