İRİA "EPAM Azərbaycan" ilə birgə yeni "Karyera Mükəmməlliyi" proqramına start verir
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) EPAM ilə əməkdaşlıq çərçivəsində "İşə qəbul və öyrət" konsepti əsasında "Karyera Mükəmməlliyi" proqramına müraciətləri açıq elan edir. Proqramın məqsədi Azərbaycanda İT sahəsində erkən karyera mərhələsində olan istedadları cəlb edərək onların əmək bazarında yüksək tələbat olan bacarıqlara yiyələnməsini təmin etməkdir.
"Karyera Mükəmməlliyi" proqramı "İşə qəbul və öyrət" konsepti əsasında həyata keçiriləcək. Bu konsept işə qəbul və təlim prosesini birləşdirən müasir yanaşmadır. Belə ki, bu yanaşma çərçivəsində iştirakçılar seçilərək işə qəbul olunur və onlar yalnız nəzəri biliklər əldə etmir, eyni zamanda real iş mühitində, gündəlik iş prosesinin bir hissəsi kimi praktik təcrübə qazanırlar. Proqramda qabaqcıl süni intellekt həllərinin tətbiqi ilə biznes analitika, proqram mühəndisliyi, mobil tərtibatçılıq və digər İT istiqamətlər üzrə karyera inkişafı imkanları təqdim olunur.
Proqram müddətində iştirakçılar EPAM komandasının üzvü kimi layihələr üzərində çalışır, təcrübəli sənaye ekspertlərinin dəstəyi ilə peşəkar bacarıqlarını inkişaf etdirəcəklər. Bu yanaşma öyrənmə və real iş təcrübəsini birləşdirərək iştirakçıların qlobal İT karyerasına daha sürətli inteqrasiyasını təmin edəcəkdir.
"Karyera Mükəmməlliyi" proqramı beş ay davam edəcək və müraciət üçün əsas şərtlər İT sahəsində 1 ildən artıq iş təcrübəsi, minimum B1 səviyyəsində ingilis dili biliyi və tam ştat olmaqla distant və ya Bakı şəhərində ofisdə işləmək imkanının olmasıdır.
Proqrama müraciətlərin qəbulu 31 mart 2026-cı il tarixinədək davam edəcək.
Müraciətlər üçün link: Discover Exciting Job Opportunities | EPAM Careers
İRİA "EPAM Azərbaycan" ilə 2025-ci ildən etibarən əməkdaşlıq etməkdədir. Bu əməkdaşlıq çərçivəsində "mygov Biznes" platformasının formalaşdırılması, həmçinin süni intellekt həllərinin yaradılması istiqamətində layihələr həyata keçirilməkdədir.
Oxşar xəbərlər
"Azercell Telecom" “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb
Doğru yolda yeni karyera imkanları: Birbank-ın “PO Growth” proqramına start verildi
Məcnun Məmmədov: "Karyera sərgisi keyfiyyətli insan kapitalı formalaşdırmağa töhfə verir"
İRİA: İndiyə qədər 30 milyondan çox məlumat dürüstləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
