"Azercell Telecom" “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “Employability Week 2025” təşəbbüsündə fəal iştirak edib. Proqramın əsas məqsədi tələbələri müasir əmək bazarının tələbləri ilə tanış etmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və gələcək karyera imkanlarını genişləndirmək idi.
Proqram çərçivəsində "Azercell"in müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssisləri tələbələrə emosional zəka, sənaye icmalı, müsahibəyə hazırlıq, iş etikası, innovasiya və sahibkarlıq, şəxsi brendinq kimi mövzularda təlimlər keçiblər. Eyni zamanda, şirkətin İnsan Kapitalının əməkdaşları proqram iştirakçılarına Azercell-də mövcud olan karyera və təcrübə imkanları, eləcə də işə qəbul prosesi barədə ətraflı məlumat təqdim ediblər. Proqramın sonunda "Azercell" fərqlənən tələbələrə şirkətin yay təcrübə proqramında iştirak etmək imkanı yaradacaq. Tələbələrin adları sabah ADA Universitetində baş tutacaq bağlanış mərasimində açıqlanacaq.
Oxşar xəbərlər
Azercell “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb
"Azercell Telecom" şəkili qadın sahibkarları dəstəkləyir
"Azercell" “iPhone 16”nı təqdim edir
“Azercell Könüllüləri” bayram günlərində növbəti xeyriyyə təşəbbüsünü həyata keçirdi
Azercell-dən Qarabağda təhsil alan universitet tələbələri üçün xüsusi kampaniya
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
