Məcnun Məmmədov: "Karyera sərgisi keyfiyyətli insan kapitalı formalaşdırmağa töhfə verir"
sizinxeber.az xəbər saytı

Məcnun Məmmədov: "Karyera sərgisi keyfiyyətli insan kapitalı formalaşdırmağa töhfə verir"


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilmiş karyera sərgisi milli iqtisadiyyatın inkişafı üçün keyfiyyətli insan kapitalının formalaşmasına töhfə verir.

“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, karyera sərgisi gənclərin iqtisadiyyatın real sektorları ilə tanışlığı, işəgötürənlərlə birbaşa ünsiyyəti və gələcək karyera istiqamətləri ilə bağlı doğru qərarlar verməsi baxımından xüsusi əhəmiyyət kəsb edir: “Bu kimi tədbirlər, tələbələrin əmək bazarının tələblərini daha dərindən öyrənmələri, öz bilik və bacarıqlarını potensial işəgötürənlərə təqdim etmələrinə, eləcə də peşəkar inkişaf perspektivlərini müəyyənləşdirmələrinə geniş imkanlar yaradır”.

Onun sözlərinə görə, bu cür tədbirlər universitetlərlə əmək bazarı subyektləri arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, təhsil proqramlarının real tələblərə uyğunlaşdırılmasına və gənc kadrların məşğulluq imkanlarının artırılmasına xidmət edir.

Oxşar xəbərlər

Mələknaz Yusifova: Karyera Sərgisi istedadlı gənclərin "Global Media Group"a yönəlməsi üçün "yaşıl işıq"dır
"Kapital Bank" ATU-da keçirilən forum, karyera sərgisi və təlimlərə qatılıb
Bu il ADA Universitetində Karyera Sərgisində iştirak edən şirkətlərin sayı rekord həddə çatıb
"Azercell Telecom" “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb
Kapital Bank ATU-da keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle