Aygün Əliyeva: Türk dövlətlərində fəaliyyət göstərən QHT-lərlə bir sıra vacib layihələr həyata keçirmişik
sizinxeber.az xəbər saytı

Aygün Əliyeva: Türk dövlətlərində fəaliyyət göstərən QHT-lərlə bir sıra vacib layihələr həyata keçirmişik


Son 3 ildə biz Özbəkistan, Türkiyə, Şimali Kipr Türk Respublikası və digər qardaş türk dövlətlərində fəaliyyət göstərən QHT-lərlə bir sıra vacib layihələr həyata keçirmişik.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" Forumunda çıxışı zamanı deyib.

"Bu layihələrə Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu, "Türk Dünyasının Birliyində Heydər Əliyev amili” beynəlxalq konfransı, “Türk dünyası şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi, Türk Dünyası Gənc Yazarlarının Bakı Forumu, “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti və COP29 çərçivəsində keçirilən Türk dövlətlərinin vətəndaş cəmiyyəti nümayəndələrinin iqlim təşəbbüsələri” tədbiri və s. sadalamaq olar. Bu il isə “Qazaxıstan-Azərbaycan QHT-lərinin əməkdaşlıq Forumu”, “Türk dövlətlərində fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələrinin Forumu” və s. bir sıra QHT-lər tərəfindən təqdim edilən mühüm tədbirlər Agentlik tərəfindən dəstəklənəcək. Bu gün keçirilən forum da bu silsilədən uğurlu təşəbbüs hesab edilə bilər", - o bildirib.

Oxşar xəbərlər

Bu gün Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Gənclər və Türk Dünyası Mədəniyyəti” adlı tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 Təşkilat Komitəsinin tərkibindəki QHT-lərlə və ekspertlərlə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində Türk dövlətləri QHT-lərinin iqlim forumu keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər