“Gənclər və Türk Dünyası Mədəniyyəti” adlı tədbir keçirilib
Mədəniyyət Nazirliyi, Dünya Türk İş Konseyi, TÜRSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Bakı Media Mərkəzi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Azərlotereya” ASC-nin dəstəyi ilə keçirilən "Gənclər və Türk Dünyası Mədəniyyəti" tədbiri çərçivəsində “Əmanətə Sədaqət” layihəsinin iştirakçıları ilə görüş təşkil edilib. Nazirlikdən APA-ya verilən xəbərə görə, məqsəd zəngin Türk dünyası mədəniyyətini gənclərə tanıtmaq, onların bu irsin qorunaraq gələcək nəsillərə ötürülməsində fəal iştirakını təşviq etməkdir.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi və gənclər arasında mədəniyyət mübadiləsinin önəmini diqqətə çatdırıb. O, belə təşəbbüslərin gələcəkdə daha geniş miqyasda davam etdirilməsinin vacibliyini vurğulayıb.
Sonra "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş çıxış edərək dünyada türk mədəniyyətinin tanınması, dəyərlərimizin yaşadılmasında gənclərin böyük rolundan bəhs edərək “Əmanətə Sədaqət” layihəsindən bəhs edib. Bildirib ki, “Azərlotereya”nın dəstəyi ilə 3 ildir həyata keçirilən layihə hazırda 150 şəhid əmanətini əhatə edir. Layihə çərçivəsində Türkiyədə və Azərbaycanda təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşam xərcləri qarşılanır.
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə də çıxışında gənclərin türk dünyası mədəniyyəti ilə daha yaxından tanış olması baxımından tədbirin mahiyyətini yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb.
Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova və TÜRKSOY-un nümayəndəsi Melik Özsöz çıxış edərək türk dünyasının zəngin mədəni irsi və ortaq dəyərlərin qorunmasının əhəmiyyətindən danışıblar.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tələbələrin iştirakı ilə “Tağıyev: Neft” bədii filminin nümayişi olub.
Oxşar xəbərlər
Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
Türk Mədəniyyəti və İrsi Fondu Füzulinin Qoçəhmədl kəndindəki məscidin bərpasına dəstək göstərək
“İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası öz işinə başlayıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












