Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
iy
2025
22:30
0
0
2 050
ff aaaaaaa

Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

19 iy, 2025
22:30
2 050

Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 5-ci məhəllə ərazisində baş verib.

Şəhər sakini, 1987-ci il təvəllüdlü Səmədov Rüfət Mirfəttah oğlu aralarında baş vermiş münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Gülalıyev Rauf Ağalar oğluna bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya çatdırılıb.

Əldə etdiyimiz məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul