Astarada maşın 100 metr hündürlükdən dərəyə aşıb, ölən və xəsarət alan var
Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi məlumata görə hadisə Astara rayonunun Motlayataq kənd vahidliyinə daxil olan Üləsi adlanan ərazidə qeydə alınıb.
Belə ki, minik avtomobili hərəkətdə olarkən, sürücü idarəetməni itirib və avtomobil 100 metr hündürlükdən dərəyə aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Motlayataq kənd sakini 1981-ci il təvəllüdlü Mətləb Vaqif oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilir.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sizinxeber.az-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisə dağlıq ərazidə baş verib.
Şahin Şiriyev idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə sürücü dünyasını dəyişib. Avtomobildə olan sərnişin isə bədən xəsarətləri alıb. Araşdırma aparılır.
Oxşar xəbərlər
Kürdəmirdə ağır qəza baş verib, ölən və yaralanan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astarada "Ural" markalı yük avtomobili sürücünün üstünə aşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda baş verən qəzada xəsarət alanların sayı artıb - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda baş verən qəzada iki nəfər xəsarət alıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - FOTO - YENİLƏNİB 1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












