"AzInTelecom" 73 mindən çox saxta IMEI kodu bloklayıb
"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC Azərbaycana gətirilən mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
Görülən tədbirlər çərçivəsində bu günədək kopyalanmış 73 056 IMEI koda "klon" statusu verilərək blok edilib. Araşdırmalar nəticəsində məlum olub ki, kopyalanmış IMEI kodlarla 1 574 050 dəfə Azərbaycanın mobil rabitə məkanında şəbəkəyə qoşulma cəhdi olub. Bütün cəhdlərin qarşısı "AzInTelecom"a məxsus Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən aşkar edilərək alınıb.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Qeydiyyat prosesini onlayn şəkildə mygov portalında və ya fiziki formada poçt məntəqələrində həyata keçirmək mümkündür.
Mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə həm abonentlərin hüquqlarının qorunmasına, həm də mobil rabitə bazarında şəffaflığın təmin olunmasına xidmət edir. "AzInTelecom" MMC vətəndaşlara mobil telefon almamışdan əvvəl cihazın qutusu üzərində qeyd edilən IMEI nömrəsini mygov portalında yoxlamağı və etibarlı satış məntəqələrinə üstünlük verməyi tövsiyə edir.
Oxşar xəbərlər
"AzInTelecom" 68 minə yaxın IMEI kod bloklayıb
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
“AzInTelecom” 23 minə yaxın IMEI koda “klon” statusu verib
“AzInTelecom” 24 mindən çox “klon” IMEI kodu bloklayıb
“AzInTelecom” tərəfindən 23 minə yaxın IMEI koda “klon” statusu verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Zaqatalada maşın aşıb, ölən var
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
