İrlandiya parlament nümayəndə heyəti Şuşa və Xankəndi şəhərlərində olub
sizinxeber.az xəbər saytı

İrlandiya parlament nümayəndə heyəti Şuşa və Xankəndi şəhərlərində olub


Ölkəmizdə səfərdə olan İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi İrlandiya parlament nümayəndə heyəti bu gün Şuşa və Xankəndi şəhərlərində olub.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Əvvəlcə Şuşaya gələn İrlandiya parlament nümayəndə heyətinin tanışlığı Şəhər Meydanından başlayıb. Qonaqlara Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin burada qoyulmuş heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib. Sonra qonaqlar Aşağı Gövhər Ağa məscidi ilə tanış olublar, Şuşanın Qala divarlarını seyr edib, Cıdır düzünə qalxıblar.
Xankəndi şəhərinə gələn qonaqlar burada Zəfər meydanı, Qarabağ Universiteti və Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olublar.
Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün həyat öz axarına qayıdır. Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburi köçkünlər öz yurdlarına qaytarılır.

Oxşar xəbərlər

İrlandiya parlamentinin nümayəndə heyəti Şuşa şəhərində olub
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
Gürcüstandan olan azərbaycanlıların üçüncü qrupu Xankəndiyə səfər edib - FOTO - YENİLƏNİB
Rumıniya Parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Zəfər parkını ziyarət edib
Türkiyənin ticarət nazirinin müavini Qarabağa səfər edib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər