Çayxanada düşən mübahisə qanla bitdi
sizinxeber.az xəbər saytı

Çayxanada düşən mübahisə qanla bitdi


Lənkəranda 36 yaşlı kişi bıçaqlanıb.

Sizinxeber.Az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Girdəni kəndindəki çayxanada baş verib.

Belə ki, şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı kənd sakini, 42 yaşlı Eldəniz Hüseynov həmkəndlisi 1990-cı il təvəllüdlü Samik Qadir oğlu Bayramova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

S.Bayramova döş qəfəsi və budun açıq yarası diaqnozu təyin olunub və əməliyyata götürülüb.

Əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Eldəniz Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Lənkəranda çayxanada düşən mübahisə qanla bitib
Saatlıda mübahisə qanla bitdi
Saatlıda mübahisə qanla bitib
Gəncədə 23 yaşlı kişi bıçaqlanıb, şübhəli şəxs saxlanılıb
Sumqayıtda tanışını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər