Saatlıda mübahisə qanla bitdi
sizinxeber.az xəbər saytı

Saatlıda mübahisə qanla bitdi


Saatlı rayon sakini həmkəndlisi tərəfindən qətlə yetirilib.

Far.Az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Fətəlikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Rövşən Sədyar oğlu Abdullayev mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlanıb. Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Rizvan Məmmədağa oğlu Söhbətov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Saatlıda mübahisə qanla bitib
İmişli sakini qətlə yetirilib, şübhəli bilinən həmkəndlisi saxlanılıb
İmişlidə həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tələbə olub - TƏFƏRRÜAT - YENİLƏNİB
Daşkəsəndə 21 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər