Saatlıda mübahisə qanla bitib
sizinxeber.az xəbər saytı

Saatlıda mübahisə qanla bitib


Saatlı rayon sakini həmkəndlisi tərəfindən qətlə yetirilib.

"Sizinxeber.az"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Fətəlikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Abdullayev Rövşən Sədyar oğlu mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlanıb.

Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Söhbətov Rizvan Məmmədağa oğlu polis əməkdaşları tərəfindən saxlanılıb

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

İmişli sakini qətlə yetirilib, şübhəli bilinən həmkəndlisi saxlanılıb
İmişlidə həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tələbə olub - TƏFƏRRÜAT - YENİLƏNİB
Daşkəsəndə 21 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Daşkəsəndə mübahisə qanla bitib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər