

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Federasiyadan "Sizinxeber.az"a verilən məlumata görə, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
Ardınca Azərbaycan Boks Federasiyası (ABF) İdarə Heyətinin üzvü Rövşən Hüseynov çıxış edib. O, yarışın əhəmiyyətindən danışıb və iştiakçılara uğurlar arzulayıb:
“Çempionat milli komanda üçün böyük önəm kəsb edir. Burada fərqlənən boksçular yığmaya cəlb olunacaqlar. Qoy, ən güclü qalib gəlsin”.
Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.
Qeyd edək ki, Boks Mərkəzində təşkil olunan çempionatda kişilər 13, qadınlar 5 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər. Yarışa respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 200 (178 kişi, 22 qadın) boksçusu qatılıb. Çempionatda qaliblərin adına dekabrın 20-də aydınlıq gələcək.
Oxşar xəbərlər
Sabah boks üzrə Azərbaycan çempionatı başlayır
Bakıda boks üzrə Çempionlar Gecəsi təşkil olunacaq
Naxçıvanda 100 illik yubileyə həsr olunmuş boks birinciliyi keçirilir
Bakıda "TeamGym" üzrə XV Avropa çempionatının açılış mərasimi keçirilib
IBA-nın Texniki Komitəsinin sabiq sədri Azərbaycana gəlib, məşqçilərə seminar keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
