Almaniya Ukraynanın uzun mənzilli PUA-larının istehsalını maliyyələşdirəcək
Almaniya Ukrayna üçün uzaq mənzilli dronların istehsalını maliyyələşdirmək niyyətindədir.
APA xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələrə istinadən “Die Welt” qəzeti məlumat verib.
Məlumata görə, mayın 28-də Volodimir Zelenskinin Berlinə səfəri zamanı müzakirə olunan məsələlərdən biri də Almaniyanın Ukraynaya yeni yardım paketinin bir hissəsi olaraq Ukraynanın uzaqmənzilli dronlarının maliyyələşdirilməsi məsələsidir.
Qəzet onu da qeyd edib ki, mayın əvvəlində Ukrayna artıq Almaniya Müdafiə Nazirliyinə BARS və AN-196 adlanan zərbə dronları, həmçinin Flamingo PUA-larını maliyyələşdirmək xahişi ilə müraciət edib.
Məlumatda bunun Almaniya tərəfindən təsdiqləndiyi iddia edilir və layihənin ümumi dəyərinin təxminən 400 milyon avro olduğu bildirilir.
Oxşar xəbərlər
Almaniya Ukraynaya 5 milyard avroluq yeni hərbi yardım verməyə razılaşıb
Almaniya Ukraynaya 683 milyon dollar hərbi yardım ayıracaq
Almaniya Ukraynanın müdafiə potensialının gücləndirilməsinə 5 milyard avro ayıracaq
Almaniya XİN başçısı: Ukrayna qışda 100 milyon avro əlavə yardım alacaq
Almaniya MN: Ukrayna bizim verdiyimiz silahlardan öz məqsədinə uyğun istifadə edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













