Naxçıvanda daha iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Naxçıvanda daha iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Naxçıvan şəhəri, Şərur və Kəngərli rayonlarında fəaliyyət göstərən 48 dönərxanada dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Aparılan nəzarət tədbirləri zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, dönərxanalardan bəzilərinin qeydiyyatının olmadığı, işçilərin ilkin və dövri tibbi müayinələrə cəlb olunmadığı, gigiyenik qaydalara əməl edilmədiyi, temperatur rejiminə, mal qonşuluğu prinsipinə riayət olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı müəyyən edilib.
Şübhəli məhsullar hesab edilən bişmiş dönər, mayonez və digər souslardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Nöqsanların daha çox müşahidə olunduğu Naxçıvan şəhəri Ə.Əliyev küçəsində fəaliyyət göstərən İsmayılov Məhəmməd İsmayıl oğluna məxsus “Alov” dönərxanasının və Naxçıvan Avtovağzal Kompleksinin ərazisində yerləşən Əhmədov Gülçin Eldar oğluna məxsus dönərxananın fəaliyyəti çatışmazlıqlar aradan qaldırılanadək dayandırılıb.
Oxşar xəbərlər
Naxçıvanda kütləvi qida zəhərlənməsi baş verən dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Naxçıvanda kütləvi qida zəhərlənməsi olub
Naxçıvanda normativ tələbləri pozan kafenin fəaliyyəti məhdudlaşdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
