Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
sizinxeber.az xəbər saytı

Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir


Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir.

“Report”un Laçına ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir.

Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.

Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən uzunluğu 3000, eni isə 45 metr olan uçuş-enmə zolağı inşa edilib. 5578 kvadratmetrlik terminal binası saatda 200 nəfərə xidmət göstərmək imkanına malikdir. Terminalda sərnişinlərin rahatlığı üçün VIP zal, kafeteriyalar, tibbi xidmət sahələri, ofis otaqları, və 150 yerlik avtodayanacaq mövcuddur.

Laçın rayonunun Qorçu kəndinin yaxınlığında dəniz səviyyəsindən 1738 metr hündürlükdə yerləşən hava limanın ümumi ərazi 131.3 hektardan çoxdur. Bu hava limanı postsovet məkanında ən yüksək dağlıq hava limanlarından biri statusunu qazanıb. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatır.

Oxşar xəbərlər

Xidmət rəsmisi: "Laçın aeroportunun tikintisi başa çatmaq üzrədir"
Ərdoğanın Laçında qarşılanma mərasimi olub - YENİLƏNİB - 2
Bu gün Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçiriləcək
Ərdoğan Türkiyədən Laçına yola düşüb
Laçın Hava Limanına beynəlxalq status verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər