Bakıda boks üzrə Çempionlar Gecəsi təşkil olunacaq
sizinxeber.az xəbər saytı

Bakıda boks üzrə Çempionlar Gecəsi təşkil olunacaq


Sentyabrın 28-də Bakıda boks üzrə İBA (Beynəlxalq Boks Assosiasiyası) Çempionlar Gecəsi təşkil olunacaq.

Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, ABF-nin 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutacaq.

Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunacaq. 51 kq-da Avropa çempionu Nicat Hüseynov Con Zulueta (Filippin) ilə üz-üzə gələcək.

Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (71 kq) Məhəmməd Abdullayev (+92 kq) müvafiq olaraq Monx-Erdene Urançimeq (Monqolustan) və Kristian Salsedo (Kolumbiya) ilə qarşılaşacaq.

İBA Çempionlar Gecəsində üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov (+92 kq) da rinqə çıxacaq. Millinin sabiq üzvünün rəqibi qazaxıstanlı Nursultan Amanjolov olacaq.

Qeyd edək ki, İBA Çempionlar Gecəsi saat 18:00-da start götürəcək.

Oxşar xəbərlər

Alvares boks üzrə üç dünya çempionu titulunu qoruyub
Gender testindən keçə bilməyən Lin Yutin boks üzrə olimpiya çempionu olub
"Qalatasaray" Çempionlar Liqası oyununa itki ilə çıxacaq
Çempionlar Liqası: "Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq
Çempionlar Liqası: "Sabah" basketbol komandası mübarizəyə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər