Bəylik sakini: Doğma yurdumuza qayıdış elə bil itirilmiş ömrün tapılmasıdır
sizinxeber.az xəbər saytı

Bəylik sakini: Doğma yurdumuza qayıdış elə bil itirilmiş ömrün tapılmasıdır


Doğma yurdumuza qayıdış elə bil itirilmiş ömrün tapılmasıdır.

“Sizinxeber.az” xəbər verir ki, bunu illər əvvəl yurd-yuvasından didərgin düşmüş Vəfa Abışova Laçın rayonunun Bəylik kəndinə köç etməzdən əvvəl deyib.

“Uşaqlıq illərim orada keçib. İndi geri dönmək elə bil bir vaxtlar yarımçıq qalmış bir nağılın davamını yaşamaq kimidir. Hər addımda keçmişin izi var. Qəlbimiz doludur, həm sevinc, həm kədər bir yerdədir. Amma bu gün xoşbəxtliyin üstün gəldiyi gündür”, – o bildirib.

Keçmiş məcburi köçkün geri döndükdən sonra kənd həyatına yenidən alışacağını və ata-baba torpağında qurub-yaratmaq arzusunda olduğunu söyləyib.

Xatırladaq ki, mayın 29-da Bəylik kəndinə növbəti köç karvanı yola salınıb.

Oxşar xəbərlər

Keçmiş məcburi köçkün: Laçına qayıtmaq hissi göyərçinin qəfəsdən azad olması kimidir
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
Keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
Şuşa sakini: 32 ildən sonra yurdumuza qayıtmağımıza sevinirik
Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər