Ankaranın BMT-dəki daimi nümayəndəsi: Azərbaycan Türkiyədə böyük sərmayələr qoyur
Son illərdə Azərbaycan Türkiyədə böyük sərmayələr qoymağa başlayıb.
Bunu “Report”un ABŞ bürosuna açıqlamasında Nyu-Yorkda BMT-nin mənzil-qərargahında Azərbaycanın 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi tədbirdə iştirak edən Türkiyənin dünya təşkilatındakı daimi nümayəndəsi Ahmet Yıldız deyib.
Diplomat qeyd edib ki, 28 May təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün əlamətdar gündür: “Bu gün bütün türk dünyası üçün əhəmiyyətli bir gündür. Azərbaycanın 1918-ci ildə əldə etdiyi müstəqillik hər nə qədər qısa sürsə də, bu hadisə türk dünyasının yaddaşında dərin iz qoyub”.
Yıldız Azərbaycanın daim müstəqil və güclü olmasının önəmini vurğulayıb: “Bu gün burada olmaqdan çox məmnunam. Azərbaycanın əbədi olaraq müstəqil olmasını, türk dünyasının birlik içində olmasını diləyirik. Xalqlarımız arasında emosional və tarixi bağlar hər zaman güclü olub”.
O, Azərbaycan və Türkiyə münasibətlərinin tarixi əsaslara söykəndiyini də xatırladıb: “Birinci Dünya müharibəsi zamanı Azərbaycanı xilas etmək üçün Türkiyədən ordu göndərildi. Bu da bizim ortaq tariximizin bir göstəricisidir. Beynəlxalq müstəvidə bəzən fərqli yanaşmalar olsa da, Türkiyə hər zaman Azərbaycanın yanındadır”.
Sonda o bildirib ki, artıq Azərbaycan özü də Türkiyəyə dəstək göstərir və iqtisadi əməkdaşlıq getdikcə genişlənir: “İndi artıq Azərbaycan da Türkiyədə böyük sərmayələr qoyur. Onlar da Türkiyəyə dəstək olurlar. Hesab edirik ki, Türkiyə və Azərbaycan türk dünyasına öncüllük edir”.
Oxşar xəbərlər
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi türkiyəli həmkarı ilə görüşüb
TÜRKSOY-un baş katibi: Naxçıvan türk dünyasının “qızıl körpüsü”dür
Aygün Əliyeva: Yaxın gələcəkdə reallaşacağına inandığımız Zəngəzur dəhlizi türk dünyasının körpüsüdür
Əziz Səncər: “Əlişir Nəvai” mükafatı həm mənim, həm də bütün türk dünyası üçün çox önəmlidir
Nazir: Bir neçə gündən sonra Türkiyə-Azərbaycan Universitetinin açılışı olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













