Böyük Britaniya ordusu süni intellekt və haker bölmələrinə 1,35 milyard dollar xərcləyəcək
Böyük Britaniya hökuməti süni intellektin tətbiqinə və düşmən dövlətlərin fəaliyyətinə qarşı çıxmaq üçün kiberhücumlar həyata keçirəcək qrupların yaradılmasına 1 milyard funt sterlinqdən (1,35 milyard dollar) çox vəsait xərcləyəcək.
APA xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti Böyük Britaniyanın müdafiə naziri Con Hiliyə istinadən məlumat yayıb.
Nazir qeyd edib ki, artıq klaviaturalar döyüş vasitəsinə çevrilib. Buna görə də belə texnologiya və bölmələrin istifadəsi müdafiədə yeni standartlar müəyyən edəcək.
Qəzetin yazdığına görə, bu sahədə yeni siyasət Böyük Britaniyanın təhlükəsizlik, müdafiə və xarici siyasət məsələlərinin hökumət tərəfindən aparılan hərtərəfli icmalında açıqlanacaq və iyunun 2-də dərc olunacaq.
Qəzet onu da yazır ki, son iki il ərzində Krallığın Müdafiə Nazirliyi 90 minə yaxın kiberhücuma məruz qalıb ki, bu da 2023-cü ildə dərc edilən məlumatlardan iki dəfə çoxdur.
“The Daily Telegraph” hücumların Rusiya və Çindən edildiyini iddia edib.



alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
alt="EA Games ərəblərə inanılmaz qiymətə satıldı!">
alt="Qarabağa səfər üçün “mygov” üzərindən də icazələr veriləcək">
alt="Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib">
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />
width="290" alt="Milli musiqimizin qorunması və gənclərə çatdırılması" />
width="290" alt="Azərbaycan Prezidenti yeni tarixi səhifəyə imza atdı - ŞƏRH" />
width="290" alt="Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyeva" />
width="290" alt="Mədəniyyət Səhnəsinin Arxa Üzü: Unudulmuş Sənətkarlar və Görülməyən İşlər" />