Cənubi Koreya və ABŞ hərbi kontingentin azaldılmasını müzakirə etməyib
Cənubi Koreya Müdafiə Nazirliyi Seulun Vaşinqtonla Koreya yarımadasının cənubundakı ABŞ hərbi kontingentinin 28 500 nəfərdən 24 000 nəfərə qədər azaldılmasını müzakirə etmədiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
"Koreya Respublikası ilə ABŞ arasında ikinci tərəfə məxsus kontingentin çıxarılması ilə bağlı məsələlər müzakirə olunmayıb", - məlumatda bildirilir.
Seul tərəfi həmçinin əlavə edib ki, birgə müdafiə imkanlarını gücləndirmək, Koreya yarımadasında sülh və sabitliyi möhkəmləndirmək üçün Vaşinqtonla əməkdaşlıq edəcək.
Qeyd edək ki, “The Wall Street Journal” ABŞ-ın Cənubi Koreyadan 4500-ə yaxın hərbi qulluqçusunu çıxarmaq imkanını nəzərdən keçirdiyini yazıb.
Oxşar xəbərlər
ABŞ və Cənubi Koreya hərbi təlimlərə başlayıb
Şimali Koreya Cənubi Koreya ilə əlaqəli avtomobil və dəmir yollarını bağlayacaq
Cənubi Koreya və ABŞ Şimali Koreyanın təhdidlərinə qarşı müzakirələr aparacaq
Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava müdafiə zonasına daxil olub
Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçiriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
