Azərbaycan atletləri komandalar arasında Avropa çempionatının son günündə dörd medal qazanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycan atletləri komandalar arasında Avropa çempionatının son günündə dörd medal qazanıblar


Azərbaycan atletləri Sloveniyanın Maribor şəhərində keçirilən komandalar arasında Avropa çempionatının son günündə dörd medal qazanıblar.

"Report" xəbər verir ki, yarışın 3-cü divizionunda yer alan Azərbaycan milli komandasının üzvlərindən dördü ilk "üçlüy"ə düşüb.

Dünən 100 metr məsafəyə qaçışda qalib olan Əlhəm Nağıyev bu dəfə də uğurlu çıxışla yadda qalıb. Nağıyev 14 iştirakçı arasında 200 metr məsafəni 20.75 saniyə nəticə ilə hamıdan tez qət edib.

Dünən 100 metr məsafəyə qaçışda 1-ci olan Lamiyə Vəliyeva isə 200 metrlik məsafədə 23.58 göstərici ilə yarışı 2-ci pillədə başa vurub. Lamiyə bu nəticə ilə Azərbaycan rekordunu yeniləyib.

Üçtəkanla tullanmada Rüstəm Məmmədov 16.31 metr nəticə ilə 1-ci yeri tutub. Eyni növdə qadınların yarışında Yekaterina Sariyeva 13.87 metr göstərici ilə bütün rəqiblərini qabaqlayıb.

Ümumi hesabda 315.5 xal toplayan Azərbaycan millisi yarışı 15 ölkə arasında 6-cı sırada başa vurub.

Oxşar xəbərlər

Azərbaycan atletləri Sloveniyada Avropa çempionatına uğurla start veriblər
Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti dəfə medal qazana bilər
Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər