Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibləri mükafatlandırılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibləri mükafatlandırılıb - YENİLƏNİB


Dövlət qurumlarının əməkdaşları arasında keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində yer tutan komandalara mükafatlar təqdim edilib.

"Sizinxeber.az" xəbər verir ki, üçüncü yerə sahib çıxan Ədliyyə kollektivi bürünc medalla mükafatlandırılıb.

Finalda uduzan Azərişıq komandasının üzvləri gümüş, bütün görüşləri qələbə ilə başa vuran SOCAR-ın üzvləri isə qızıl medallarla təltif edilib.

Bundan başqa, SOCAR komandasına yarışın ən böyük mükafatı olan kubok təqdim olunub.

Qarşılaşmalar və təltifetmə mərasimi Bakı Tennis Akademiyasında keçirilib.

Dövlət qurumlarının əməkdaşları arasında keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibi və üçüncü yerin sahibi müəyyənləşib.

"Sizinxeber.az" xəbər verir ki, üçüncü yer uğrunda keçirilən matçda Ədliyyə kollektivi Baş Prokurorluq komandasını 2:1 hesabı ilə məğlub edib.

Final görüşündə isə SOCAR Azərişıq komandasına 5:0 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb.

Qarşılaşmalar Bakı Tennis Akademiyasında keçirilib.

Oxşar xəbərlər

Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibi müəyyənləşib
Dövlət qurumları arasında minifutbol turnirinin mükafatlandırma mərasimi keçirilib
SOCAR komandasının baş məşqçisi: "Böyükhesablı qələbə bizim üçün də sürpriz oldu"
Heydər Əliyevin xatirə turnirinin gümüş medalçısı: "Həyəcanımızı yenə bilmədik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər