FIDE tərəfindən 11 yaşlı qrossmeysterə ustalığa namizəd dərəcəsi verilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
iy
2025
21:00
0
0
1 112

FIDE tərəfindən 11 yaşlı qrossmeysterə ustalığa namizəd dərəcəsi verilib

12 iy, 2025
21:00
1 112

FIDE tərəfindən 11 yaşlı qrossmeysterə ustalığa namizəd dərəcəsi verilib

Naxçıvan Muxtar Respublikasının istedadlı şahmatçısı Yasin Əzimov növbəti uğura imza atıb.

"Report"un yerli bürosu xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən Yasin Əzimova CM – Candidate Master (ustalığa namizəd) dərəcəsi verilib. Bu nailiyyət Naxçıvan şahmat tarixi üçün əlamətdar hadisədir, çünki gənc şahmatçı bu titulu cəmi 11 yaşında qazanıb.

Hazırda FIDE reytinqində 2058-ci olan Yasin Əzimov son illərdə həm yerli, həm də beynəlxalq turnirlərdə qazandığı bir sıra mühüm uğurlarla yadda qalıb. Azərbaycan çempionatının qızıl və gümüş mükafatçısı olan Yasin 2023-cü ildə Albaniyanın Durres şəhərində keçirilən məktəblilərin şahmat üzrə Avropa çempionatında (9 yaşlı oğlanlar arasında) çempionu kimi yüksək nailiyyət əldə edib.

Məlumat üçün bildirək ki, bu zamanadək Naxçıvan Muxtar Respublikasında 1 qrossmeyster, 3 beynəlxalq usta, 1 FIDE ustası, 2 qadın FIDE ustası, 2 ustalığa namizəd, 1 beynəlxalq hakim, 2 FIDE hakim rəsmi dərəcə sahibləri kimi qeydiyyata alınıb.

Bizimlə əlaqə saxlayın