Bakıda “Çempionların savaşı” turnirinin bağlanış mərasimi keçirilib
Bakıda “Çempionların savaşı” turnirinin bağlanış mərasimi keçirilib.
"Sizinxeber.az"un məlumatına görə mərasimdə Gənclər və İdman Nazirliyinin nümayəndələri, həmçinin Azərbaycan Şahmat Federasiyasının (AŞF), həmçinin Beynəlxalq Şahmat Federasiyasının rəsmiləri və digər qonaqlar iştirak edib.
Əvvəlcə yarışla bağlı videorolik təqdim olunub. Ardınca yarış iştirakçıları şahmat taxtasına öz imzalarını atıb.
Daha sonra AŞF-nin prezidenti Mahir Məmmədov çıxış edib və qalibləri təbrik edib.
Sonda turnirin qalibi olan Rauf Məmmədova, həmçinin, Günay Məmmədzadəyə hədiyyələr təqdim olunub. Bununla yanaşı şahmatçılarımızın rəqibləri Rüstəm Kasımcanov və Antoenetta Stefanovaya da xatirə hədiyyələri verilib.
Həmçinin Xalça Muzeyinin rəhbərliyinə də xatirə hədiyyəsi təqdim olunub.
Mükafatları AŞF prezidenti M.Məmmədov və Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri Elnur Məmmədov təqdim edib.
Qeyd edək ki, turnirin qalibləri həm rapid həm də blits növləri üzrə oyunların ümumi nəticəsinə görə müəyyənləşib.
Oxşar xəbərlər
Bakıda şahmatın rapid və blits növləri üzrə “Çempionların savaşı” turniri keçiriləcək
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib
Hindistanlı dünya çempionu Bakıda keçiriləcək şahmat turnirində iştirak etməyəcək
Bakıda "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib
Bu gün Şuşadakı şahmat turnirinin qalibi bəlli olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











