sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Avarçəkmə üzrə açıq Bakı birinciliyi təşkil olunacaq
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə iyunun 18-də avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək.
"Sizinxeber.az" xəbər verir ki, yeniyetmə və gənc idmançıların iştirakı ilə təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən iştirak edəcək.
Reqlamentə əsasən idmançılar akademik avarçəkmə və kanoedə birnəfərlik qayıqda 500 metr məsafə üzrə mübarizə aparacaqlar. Kayak qayığında isə 500 metr məsafədə həm təknəfərlik, həm də ikinəfərlik qayıqda çempionluq uğrunda mübarizə gedəcək.
Oxşar xəbərlər
Avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək
Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək
Akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
Azərbaycanın gənc avarçəkənləri Qazaxıstanda 14 medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











