Fərid Qayıbov: "Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində fərqli finala şahidlik etdik"
Dövlət qurumlarının əməkdaşları arasında keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində bu dəfə fərqli final oyunu oldu.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinin final matçı barədə fikirlərini bölüşüb:
"Yarışın təşkilatçılarına təşəkkürümü bildirirəm ki, bu cür gözəl turnir təşkil ediblər. Qarşılaşmalar bir-birindən maraqlı keçirdi. Bu dəfə fərqli finala şahidlik etdik. Son 2 ildə Ədliyyə komandası turnirin qalibi olurdu. Bu dəfə isə SOCAR komandası qələbə qazandı. Bu komanda son illərdə yarımfinala qədər irəliləyə bilirdi. Bu dəfə qızıl medallara sahib çıxdılar. SOCAR-ı təbrik etmək istəyirəm. Onlar dövlət qurumları arasında keçirilən digər idman növlərində də fəal iştirak edirlər".
Qeyd edək ki, final görüşündə SOCAR "Azərişıq" komandasına 5:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub.
Oxşar xəbərlər
Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibi müəyyənləşib
Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibləri mükafatlandırılıb - YENİLƏNİB
SOCAR komandasının baş məşqçisi: "Böyükhesablı qələbə bizim üçün də sürpriz oldu"
Dövlət qurumları arasında minifutbol turnirinin mükafatlandırma mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
