Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
sizinxeber.az xəbər saytı

Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub


Türkiyənin Antalya şəhərində keçirilən Avropa Kamandan Oxatma Federasiyasının XX Konqresində Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) baş katibi Fərid Xəlilov komitə üzvü seçilib.

AKOF-dan "Report"a verilən məlumata görə, o, səsvermənin ilk turunda tələb olunan səs sayını toplayaraq qurumun komitəsinə seçilən ilk Azərbaycan təmsilçisi kimi tarixə düşüb.

Konqresdə Avropanın 38 ölkəsinin nümayəndələri iştirak ediblər.

Konqres çərçivəsində kamandan oxatmanın inkişafı, komitələrin fəaliyyəti və təşkilatın yeni rəhbərliyinin seçilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Azərbaycan üçün əsas hadisə AKOF-un baş katibi Fərid Xəlilovun veynəlxalq qurumun İnkişaf və Texniki Komitəsinə seçilməsi olub. Bu komitə iştirakçı ölkələr arasında kamandan oxatmanın inkişafı və texniki istiqamətləri üzrə fəaliyyət göstərir.

Konqres çərçivəsində həmçinin federasiya rəhbərliyinə seçkilər keçirilib. Təşkilata 20 il rəhbərlik edən Mario Skarzella prezident postunu tərk edib. Onun yerinə isə daha əvvəl qurumun vitse-prezidenti vəzifəsində çalışmış Hakan Çakıroğlu (Türkiyə) seçilib.

Oxşar xəbərlər

Azərbaycanın kamandan oxatma hakimləri beynəlxalq sertifikatlaşdırma proqramlarına cəlb olunacaqlar
Federasiya prezidenti: Gələn il MDB ölkələri arasında kamandan oxatma yarışı Xankəndidə keçiriləcək
Fərid Qayıbov: Yaylagül Ramazanovaya baxan gənc qız və oğlanlarımız kamandan oxatma yarışlarına maraq göstərəcəklər
Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər