Azərbaycanın kamandan oxatma hakimləri beynəlxalq sertifikatlaşdırma proqramlarına cəlb olunacaqlar
sizinxeber.az xəbər saytı

Azərbaycanın kamandan oxatma hakimləri beynəlxalq sertifikatlaşdırma proqramlarına cəlb olunacaqlar


Azərbaycanın kamandan oxatma hakimləri beynəlxalq sertifikatlaşdırma proqramlarına cəlb olunacaqlar.

Bu barədə “Report”a Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) mətbuat xidmətindən məlumat verilib.

Sözügedən məsələ ötən gün AKOF-un prezidenti Anar Quliyevlə Dünya Kamandan Oxatma Federasiyasının rəhbəri Uğur Erdener arasında baş tutan görüş zamanı razılaşdırılıb.

Görüşdə həmçinin Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə iştirak imkanlarının artırılması və məşqçilərin qabaqcıl təcrübələrə yiyələnməsi üçün ortaq layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər də müzakirə edilib.

Qeyd edək ki, ötən gün Dünya Kamandan Oxatma Federasiyasının rəhbəri Uğur Erdener Azərbaycana işgüzar səfəri çərçivəsində AKOF-un prezidenti Anar Quliyevlə bir araya gəlib. Qonaq həmçinin yeniyetmə və gənclərdən ibarət yığmaların açıq havada keçən təlim-məşq prosesini izləyib.

Oxşar xəbərlər

Federasiya prezidenti: Gələn il MDB ölkələri arasında kamandan oxatma yarışı Xankəndidə keçiriləcək
Dünya Kamandan Oxatma Federasiyası Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib
Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
Fərid Qayıbov: Yaylagül Ramazanovaya baxan gənc qız və oğlanlarımız kamandan oxatma yarışlarına maraq göstərəcəklər
Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının qalibləri müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle