Rektor: Bu gün Azərbaycan İlahiyyat İnstitutundan 56 tələbə məzun olur
sizinxeber.az xəbər saytı

Rektor: Bu gün Azərbaycan İlahiyyat İnstitutundan 56 tələbə məzun olur


Bu gün Azərbaycan İlahiyyat İnstitutundan 56 tələbə məzun olur.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov İnstitutda baş tutan Məzun Günü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məzun olanlar arasında həm bakalavr, həm də magistr tələbələri var:

"Məzun olanlardan 48-i bakalavr, 8-i isə magistr tələbəsidir".

Rektor qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunda 2024/2025-ci tədris ili üzrə keçirilən Məzun Günü sayca dördüncü belə tədbirdir:

"Tələbələrimiz məzun olduqdan sonra müxtəlif dini ocaqlarda və elmi müəssisələrdə fəaliyyət göstərirlər. Bununla yanaşı, hazırda 33 xarici ali təhsil müəssisəsi ilə müqaviləmiz var. Bunun əsasında tələbə və müəllim mübadiləsi də aparılır".

Oxşar xəbərlər

Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib
17 mindən çox məzun ali məktəblərə ərizə verməyib
Yeddi mindən çox məzun ali məktəblərə ərizə verməyib
ADA Universitetində tələbələr üçün yeni ixtisaslar açılacaq, tədris binaları istifadəyə veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər