Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub.
"Sizinxeber.az” xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrləri ilə Vəfa Yaqublu və Arslan Hacıyev bu vəzifələrə təyin ediliblər.
Qeyd edək ki, Vəfa Yaqublu müxtəlif dövrlərdə ali təhsil müəssisələrində müəllim, baş müəllim, Elm və Təhsil Nazirliyində baş məsləhətçi vəzifələrində çalışıb.
O, 2022-2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbələrinin müdiri olub. V.Yaqublu Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda "Rus dili və ədəbiyyat müəllimliyi" ixtisası üzrə təhsil alıb.
Arslan Hacıyev isə 2012-2022-ci bir sıra dövlət qurumlarında müxtəlif rəhbər vəzifələrdə işləyib. Elm və Təhsil Nazirinin müvafiq əmri ilə 2022-ci ildə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunub. 2024-cü ilin noyabr ayından isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.
Arslan Hacıyev Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb, daha sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Niderlandın "Maastricht School of Management" və ADA Universitetində "Beynəlxalq biznes" ixtisası üzrə təhsilini davam etdirib.
Həmçinin o, 2020-ci ildə Layihələrin idarə edilməsi üzrə beynəlxaq sertifikat ("Project Management Professional" (PMP)) əldə edib.
Oxşar xəbərlər
Kolleclərə direktor müavinləri təyin olunub
132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib
Yeni tədris ilində Bakı məktəblərində yarım milyondan çox şagird təhsil alacaq
Bağçalarda pedaqoji heyət üçün sınaq qiymətləndirilmə keçiriləcək
Yanvarın 27-dən ümumi təhsil müəssisələrində beşgünlük qış tətili başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













