Nazir müavini: Azərbaycanda təhsilin rəqəmsallaşması prosesi sürətlə aparılır
Azərbaycanda təhsilin rəqəmsallaşması prosesi sürətlə aparılır.
"Sizinxeber.az" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumun açılış mərasimində deyib.
Onun sözlərinə görə, hazırda Elm və Təhsil Nazirliyində süni intellekt sahəsində analitikanın tətbiqi nəzərdə tutulur: "Məktəblərin 63%, şagirdlərin 80%-dən çoxunun genişzolaqlı internetə çıxışı var. Hər 6 şagirdə 1 kompüter düşür, hədəfimiz hər şagirdə bir kompüterdir".
F.Qurbanov, həmçinin əlavə edib ki, medianın bugünkü səviyyəsi dövlətin xüsusi qayğısının nəticəsidir: "Hazırda media mühiti sürətlə transformasiyaya məruz qalır. Bu amillərin ölkənin imicinə təsirləri çərçivəsində media nümayəndələrinin daha diqqətli olması üçün çağırışlar var. Hesabatlara görə, dünya əhalisinin 75 %-i informasiyanı internet mənbələrindən əldə edir".
Oxşar xəbərlər
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir
Saməddin Əsədov: Süni intellektin inkişafı medianın məsuliyyətini daha da artırır
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
