BŞTİ məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə işə qəbulla bağlı məlumat yayıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayacaq.
Bu barədə Sizinxeber.az-ya BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər 20-23 may 2025-ci il tarixlərində saat 14:30-16:30 aralığında BŞTİ-yə yaxınlaşaraq müvafiq Apellyasiya komissiyasına müraciət edə bilərlər. Müraciət edən hər bir şəxsin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiq edən sənədlərini özü ilə gətirməsi vacibdir.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərin nəticələri barədə məlumat namizədlərin şəxsi kabinetlərinə göndərilib.
Oxşar xəbərlər
Psixoloqların işə qəbulu imtahanı təxirə salınıb
BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 513 mindən artıq şagird təhsil alacaq
Bağçalara direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir
Psixoloqların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib
Psixoloqların işə qəbulunun test imtahanının vaxtı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













