
I siniflər üçün rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verilib

I siniflər üçün rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verilib
2025–2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verilib.
Bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, müsahibə mərhələsi üzrə qeydiyyat zamanı limit müəyyənləşdirilməyib. Valideynlər 6–20 may tarixlərində birinci sinfə qəbul çərçivəsində müsahibələrə yazılma prosesini həyata keçirə bilərlər.
Bununla yanaşı bildiririk ki, müsahibə mərhələsi 12–31 may tarixlərində təşkil ediləcək. Müsahibə mərhələsini uğurla tamamlayan uşaqlar üçün məktəb və müəllim seçimi prosesi 17 iyun–12 sentyabr tarixlərində təşkil olunacaq.
Qeyd edək ki,