MÜTDA I sinfə qəbulla əlaqədar valideynlərə çağırış edib
sizinxeber.az xəbər saytı

MÜTDA I sinfə qəbulla əlaqədar valideynlərə çağırış edib


2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir.

Bu barədə "Sizinxeber.az"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Agentlik bu səbəblə, I sinfə qəbulla əlaqədar valideynlərə çağırış edib.

MÜTDA-nın çağırışında qeyd edilir ki, mayın 1-dən start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

"Hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır.
Bu günə qədər ümumilikdə 126 mindən çox uşaq I sinfə qəbul edilib.

Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər" - deyə, qurumun məlumatında vurğulanıb.

Oxşar xəbərlər

Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır
Birinci siniflərə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu yekunlaşıb
MÜTDA: Məktəbəqədər təhsil müəssisələrinə sənədlərini gecikdirənlərin qeydiyyatı silinəcək
Məktəbəhazırlıq qruplarına 22 mindən çox uşaq qeydiyyatdan keçib
Bu il Bakı məktəblərinə 2000-dən çox müəllim işə qəbul olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər