Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbuluna start verilib
2025-2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbuluna start verilib.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Sənəd qəbulu üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün 29 dekabr 2024-cü il tarixində elan olunmuş Dövlət Proqramı çərçivəsində prioritet ixtisas sahələrinə uyğun nüfuzlu xarici ali təhsil müəssisələrinin siyahısı yenilənmişdir. Hər il olduğu kimi bu il də namizədlər "Times Higher Education", "QS World University Rankings" və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemində "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahəsi üzrə əldə etdikləri qəbul sənədləri əsasında Dövlət Proqramına müraciət edərək müsabiqədə iştirak edə bilərlər.
Müvafiq elanla keçiddən tanış olmaq mümkündür.
Oxşar xəbərlər
2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbuluna start verilib
Bu il 500 tələbə xaricdə təhsil ala biləcək
2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün universitet və proqramların siyahısı açıqlanıb
981 nəfər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alır
Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması məsələsinə baxılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













