

Bu il 500 tələbə xaricdə təhsil ala biləcək
Bu il dövlət təqaüdü ilə xaricdə təhsil almaq istəyən tələbələr 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsində təhsil ala biləcək.
APA xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova 2025/2026-cı tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" ilə bağlı keçirilən brifinqdə deyib.
"Növbəti tədris ili üçün təsdiq olunmuş təhsil proqramlarının siyahısında 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır.
Bununla yanaşı, bu il namizədlər dünyanın aparıcı reytinq cədvəllərində olan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər.
O qeyd edib ki, nəticə etibarı ilə, siyahıda bakalavriat səviyyəsi üzrə 1311, magistratura səviyyəsi üzrə 3094 proqram yer alır", o bildirib.
Siyahıda yer alan ali təhsil müəssisələrindən 15 prioritet ixtisas sahələri əsas götürülməklə doktorantura proqramlarına qəbul almış şəxslər Dövlət Proqramına doktorantura səviyyəsi üzrə müraciət edə bilərlər.
Namizədlər, eyni zamanda, 2025-ci ilin “Times Higher Education” və "QS World University Rankings" reytinq cədvəllərində ilk onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahələri üzrə bakalavriat, magistratura və doktorantura proqramlarından əldə etdikləri qəbul məktubları əsasında müsabiqədə iştirak edə biləcəklər.
Mədəniyyət və incəsənət sahəsi üzrə də nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları üzrə namizədlərin müraciətləri qəbul ediləcək.
Oxşar xəbərlər
2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün universitet və proqramların siyahısı açıqlanıb
981 nəfər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alır
Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması məsələsinə baxılır
Xaricdə təhsil üçün dövlət proqramına müraciət edənlərin sayı artıb
Dövlət Proqramı ilə xaricdə təhsil alacaq gənclərin sayı artırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
