Emin Əmrullayev UNESCO Baş direktorunun təhsil üzrə köməkçisi ilə görüşüb
sizinxeber.az xəbər saytı

Emin Əmrullayev UNESCO Baş direktorunun təhsil üzrə köməkçisi ilə görüşüb


Martın 26-da elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində UNESCO Baş direktorunun təhsil üzrə köməkçisi Stefania Giannini ilə görüşüb.

APA xəbər veri ki, görüş zamanı iqlim dəyişikliyi üzrə məlumatlılığın artırılması məqsədilə UNESCO-nun qlobal təşəbbüsü olan "Yaşıl Təhsil Tərəfdaşlığı" çərçivəsində Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq müzakirə olunub.

Elm və təhsil naziri Azərbaycanın təşəbbüsü ilə şagirdlərin iqlim savadlılığının Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (PISA) çərçivəsində ölçülməsi məsələsinə toxunaraq bu istiqamətdə həyata keçiriləcək işlər barədə fikir mübadiləsi aparıb.

Eyni zamanda, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Oxşar xəbərlər

Emin Əmrullayev Parisdə UNESCO Baş direktorunun müavini ilə görüşüb
Elm və təhsil naziri UNESCO-nun Qlobal Təhsil Görüşündə çıxış edib
Elm və Təhsil Nazirliyi COP29 çərçivəsində müzakirə ediləcək mövzuları açıqlayıb
Azərbaycanın təşəbbüsü ilə dünyada şagirdlərin iqlim savadlılığı ölçüləcək
Emin Əmrullayev “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər