AMEA prezidenti: Elmi mükafatları ancaq inkişaf etmiş ölkələrin ala biləcəyinə dair mifi dağıtmalıyıq
Azərbaycan elminə inamı formalaşdırmaq hazırda AMEA-nın əsas məqsədlərindən biridir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli "Navye-Stoks bərabərliyi" tənliyi barədə təqdimatda deyib.
O qeyd edib ki, indiyə qədər Azərbaycandan Nobel mükafatına cəmi dörd dəfə müraciət olub:
"Halbuki biz də bunu bacara bilərik. Ona görə özünə inamın formalaşdırılması vacibdir. Təşəbbüskar olmaq lazımdır. Bir mif var ki, elmlə bağlı mükafatları ancaq inkişaf etmiş ölkələr ala bilər. Bu mifi dağıtmaq lazımdır. Ona görə nəticəsindən asılı olmayaraq bir azərbaycanlının bu tənliyi həll edə biləcəyini elan etməsini, bu təşəbbüsünü dəstəkləməliyik".
İ.Həbibbəyli qeyd edib ki, AMEA əvvəllər beynəlxalq elmi təşkilatlara üzv deyildi:
"Dünyada elmi akademiyaları birləşdirən beş böyük təşkilat var. Onların heç birinə üzv deyildik. İndi isə üç nüfuzlu beynəlxalq elmi təşkilatın üzvüyük".
Oxşar xəbərlər
Gələn ay AMEA-nın ümumi yığıncağı keçiriləcək
AMEA prezidenti: Azərbaycanda iqlim dəyişmələri ilə bağlı yeni elm sahələri, tədqiqat istiqamətləri yaranıb
AMEA doktorantura təhsili haqqında əsasnamənin yenilənməsi üçün təkliflər hazırlayacaq
AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq
“Kitabi-Dədə Qorqud” dastanı Koreya dilinə tərcümə edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













