AMEA prezidenti: Azərbaycanda iqlim dəyişmələri ilə bağlı yeni elm sahələri, tədqiqat istiqamətləri yaranıb
Azərbaycanda iqlim dəyişmələri ilə bağlı yeni elm sahələri, tədqiqat istiqamətləri yaranıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan dünyada iqlim dəyişikliklərinin və ekoloji tarazlığın pozulmasının fəsadları ilə ən çox mübarizə aparan fəal ölkələrdən biridir: "Bu fəaliyyətdə elmin rolu da kifayət qədərdir. Azərbaycanda "Qırmızı kitab"ın nəşri, onların davamlı yenilənməsi dövlət müəssisələri ilə elmi qurumların ekosistemlərin müdafiəsi istiqamətində birgə fəaliyyətinin nəticəsidir".
AMEA prezidenti bildirib ki, hazırda aktual olan "yaşıl bacarıqlar" termini bu sahədə elmi mövzuların işlənməsini, elm sahələrinin genişlənməsini vəd edir: "Hazırda Azərbaycanda iqlim dəyişmələri ilə bağlı yeni elm sahələri, tədqiqat istiqamətləri yaranıb. Hesab edirəm ki, tərəfdaş ölkələrin elmi qurumları, ali məktəbləri ilə birlikdə ortaq proqramlar tərtib etmək, bir neçə elmi strukturu özündə birləşdirən layihələr işləyib hazırlamaq faydalı olacaq. İndiyədək əlaqə qurduğumuz, müqavilələr imzaladığımız universitetlər, elmi akademiyalar və digərlərinin bununla bağlı potensialı var".
Oxşar xəbərlər
Nazir müavini: Azərbaycanda təhsil proqramlarında iqlim dəyişiklikləri bağlı mövzular əksini tapacaq
Nigar Arpadarai: Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 istiqamətində mühüm addımdır
Nazir müavini: İqlim dəyişikliyi dünyada yeni vəziyyət yaradıb
Leyla Həsənova: Gənclərin 70 faizi iqlim dəyişikliyindən narahatdır
Pan Gi Mun: Ərzaq probleminin böyük fəsadları var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













