sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Magistraturaya qəbul imtahanına mini kameralı eynək keçirməyə cəhd olub
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında (1-ci cəhd) 3 nəfərdə mobil telefon, 1 nəfərdə isə qanunla istifadəsi və satışı qadağan olunan mini kameralı eynək, xüsusi ötürücü qurğu və qulaqlıq aşkar olunub.
Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Müvafiq hallar protokollaşdırılaraq həmin şəxslər imtahandan xaric olunublar. Hazırda qeyd olunan qayda pozuntuları ilə bağlı araşdırma aparılır.
DİM bir daha imtahan iştirakçılarını bu cür hərəkətlərdən çəkinməyə çağırır və bu hərəkətlərə yol vermiş şəxslər, onları bu işə təhrik edənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini nəzərə çatdırır.
Oxşar xəbərlər
Magistraturaya qəbul imtahanı keçirilib
Dövlət qulluğuna qəbul imtahanında bir nəfərdə xüsusi qurğu aşkarlanıb - FOTO
Dövlət qulluğuna qəbul imtahanında bir nəfərdə xüsusi qurğu aşkarlanıb, imtahandan xaric olunub
Magistraturaya qəbul imtahanı modelinə uyğun sınaq imtahanına qeydiyyat müddəti uzadılıb
Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













