Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb
Noyabrın 21-də ilk dəfə dərc olunan “Times Higher Education” Interdisciplinary Science (Fənlərarası Elm) reytinqində Azərbaycanın 3 universiteti yer alıb.
Bu barədə Sizinxeber.az-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə 749 universitetin daxil olduğu bu reytinqdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 201-250-ci mövqedə, Azərbaycan Texniki Universiteti isə 401-500-cü mövqedə qərarlaşıb.
UNEC, AzMiU, NDU, SDU, ATU, BANM və Xəzər Universiteti sözügedən reytinqdə “məruzəçi” (reporter) qismində dəyərləndirilib.
Qeyd edək ki, “Times Higher Education” Interdisciplinary Science reytinqi universitetlərin fənlərarası elmə töhfəsini ölçən ilk reytinq cədvəlidir.
Oxşar xəbərlər
Azərbaycanın 2 ali təhsil müəssisəsi dünyanın nüfuzlu reytinq cədvəlində yer alıb
COP29-da “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib - YENİLƏNİB
COP29-da “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib
“Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib - FOTO
Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərində Azərbaycan universitetlərinin sayı 3-ə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













